Məhsullar
Baltais yüksək keyfiyyətli süd məhsulları istehsal edən Latviya brendidir. Şirkət 100 ildən artıqdır ki, Latviyanın bu sahədə ən aparıcı brendlərindən biri sayılır. Zavod Latviyanın Tukums şəhərində yerləşir. Məhsulların istehsalında yalnız ekoloji təmiz tam süddən istifadə edilir və heç bir əlavə qatqılar yoxdur. Həmçinin assortimentdə orqanik məhsullar var. Orqanik ərazi-yalnız tam ekoloji təmiz olan ərazi adlanır. Orqanik ərazidə istehsal olunan məhsul Bio, Eko, Orqanik məhsul adlana bilər.
Cesvaines Piens süd məhsulları zavodu 1921-ci il Latviyada yaradılıb. Məhsullar ancaq Latviya südündən hazırlanır, tərkiblərində heç bir konservant və dad artırıcı yoxdur.
İspaniya pendir markası olan "Spanish Cheese" məhsullarının keyfiyyətinə görə beynəlxalq səviyyədə mükafatlandırılmışdır. İstehsal olunan pendirlər unikal və eksklüziv çeşidlərdir. Çeşidlərə Manchego D.O.P. pendiri, iber pendiri, müxtəlif növ keçi pendiri, qoyun pendiri, truffle infiltrasiya edilmiş qurudulmuş qoyun pendirləri, Tuscan pesto, qara zeytun, Pimento d'Espelette, şabalıd kremi və ya qara sarımsaqlı unikal ətirli və ləzzətli İspan pendirləri daxildir.
Moroz Produkt – 1998 –ci ildə Belarusiya Respublikasında fəaliyyətə başlamışdır. Müxtəlif dadlarda hər zövqə uyğun dondurma məhsulları istehsal edir.
Şimali Almaniyadan təmiz inək südündən hazırlanmış yüksək keyfiyyətli süd məhsulları
Revilla pendirləri 1929-cu ildən etibarən İspaniyada istehsal olunur. Şirkət qoyun südü pendirləri, (D.O Zamorano, I.G.P Castellano) və Xüsusi İberiko kimi qarışıq pendirlər üzrə ixtisaslaşıb. Recvilla Cheese ən yaxşı keyfiyyət, orijinallıq və unikal ləzzətlə hazırlanmış müxtəlif ispan pendirlərini təklif edir
Təşəkkür edirik!
Sizin anketiniz müvəffəqiyyətlə göndərilib.
Mütəxəssislərimiz qısa zaman ərzində sizinlə əlaqə saxlayacaq.